“Səbail bələdiyyəsi “Yerli Demokratiya Həftəsi” çərçivəsində daim yenilkilərlə çıxış edir”- bu fikirləri Belediyye.infoya Səbail bələdiyyəsinin sədr müavini Mehriban Paşayeva bildirib.
Bələdiyyə rəsmisinin sözlərinə görə, ötən ildən başlayaraq hər il bələdiyyə ərazisində “Nümunəvi vergi ödəiyici”sinin müəyyən edilməsi üzrə müsabiqə komissiyası yaradılır. Bələdiyyə sədri Firdövsi Cəbrayılovun təklifiylə həyata keçirilən bu ideyanın gerçəkləşdirilməsi üçün təşkil edilən müsabiqədə rayonda intizamlı vergi ödəyiciləri müəyyən edilir və məhz “Yerli Demokratiya Həftəsi” çərçivəsində təqdimatı keçirilir.
Cari ildə keçirilən həftə ərzində isə sakinlərin qəbul məsələsi gündəmdə saxlanılmış, bələdiyyəyə sözü olan hərəkət məhdudiyyəti olan sakinlərimizi məhz onların mənzilində dinləməklə həllinə çalışmışıq.
Həftə ərzində bələdiyyə sədri və digər rəsmiləri tərəfindən onlarca sakin qəbul edilmiş, problemləri və qaldırdıqları məsələlər birgə müzakirə edilmiş, həlliylə bağlı tövsiyələr verilmişdir.
Xatırladaq ki, bələdiyyə sədrinin təklifinin əsas qayəsi ondan ibarətdir ki, bələdiyyə ərazisində yaşayan vergi ödəyicilərini stimullaşdırmaq məqsədiylə, habelə onları vaxtlı-vaxtında vergi ödəməsinə maraqlandırmaq üçün “Nümunəvi vergi ödəyiciləri”adlı siyahını tərtib edərək mediada yerləşdirilir və “Fəxri Fərman”la təltif edilirlər.
Ötən il Bələdiyyənin Vergi Xidməti orqanının təqdimatı əsasında ilk olaraq “Nümunəvi vergi ödəyicisi” Fəxri Fərmanı”yla Azərbaycan Yazıçıllar Birliyinin təmsilçisi Rauf Aslanov təltif edilib.
Belediyye.info